Simeone Del Boskeni geridə qoydu

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva “Lokomotiv”ini məğlub edib – 2:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Belə ki, argentinalı mütəxəssis “Atletiko” ilə ÇL-də 35-ci qələbəsini qazanıb. O, bununla da, İspaniya komandaları ilə ÇL-də ən çox qələbə qazanan baş məşqçi ünvanını əldə edib.

Simeonedən əvvəl bu rekord Visente del Boskeyə aid idi. O, “Real”la ÇL-də 34 qələbə qazanmışdı.

Simeone ümumilikdə Çempionlar Liqasında bir komanda ilə ən çox qələbə qazanan baş məşqçilər sıralamısanda 6-cı yerdədir. Siyahının ilk pilləsində “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. O, “qırmızı şeytanlar”la ÇL-də 102 qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button