“Barselona” Madriddən qələbə ilə döndü

İspaniya La Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Selta” “Valyadolid”i qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Şənbə günü daha dörd görüş baş tutub. Son turlarda qələbə qazanan “Real” bu tur “Alaves” səfərinə yollanıb. Madrid klubu bu oyundan da qalib ayrılıb. “Real Sosyedad” “Eybar”ı, “Valensiya” isə “Vilyarreal”ı məğlub yola salıb. “Malyorka” da evdə “Betis”ə uduzub.

Turun mərkəzi görüşü isə Madriddə keçirilib. “Barselona” burda “Atletiko”nun qonağı olub. Kataloniya təmsilçisi Lionel Messinin vurduğu yeganə qol sayəsində bu oyundan qalib ayrılıb.

İspaniya La Liqası, 15-ci tur

29 noyabr

Selta – Valyadolid 0:0

30 noyabr

Alaves – Real 1:2
Qol
: L.Peres, 65 – S.Ramos, 52. Karvaxal, 69.

Real Sosyedad – Eybar 4:1
Qol
: Le Normand, 25. Oyarzabal, 47. V.Xose, 57. Odeqaard, 80 – Diop, 35.

Malyorka – Betis 1:2
Qol
: L.Junior, 55-pen – Xoakin, 7-pen. N.Fekir, 33.

Valensiya – Vilyarreal 2:1
Qol
: Rodriqo, 49. Torres, 70 – Zambo, 54.

1 dekabr

Sevilya – Leqanes 1:0
Qol
: D.Karlos, 63.

Atletik – Qranada 2:0
Qol
: R.Qarsiya, 41. Berçiçe, 83.

Espanyol – Osasuna 2:4
Qol
: Roka, 20. Kalyeri, 90+3 – R.Qarsiya, 46. Avila, 49. Monkayola, 84. Torres, 90+2.

Xetafe – Levante 4:0
Qol
: Kabrera, 54. Molina, 60. Anxel, 67. Timor, 78.

Atletiko – Barselona 0:1
Qol
: Messi, 86.

Bombardir: Kərim Benzema (Real) – 10 qol.