“Atletiko” fanatlarından Qrizmanna: “Bir dəqiqə daha…”

“Atletiko”nun Antuan Qrizmannın klubdan ayrılacağını açıqladığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin azarkeşləri fransız futbolçunun klubu tərk etməsinə sərt reaksiya verib. “Frente Atletiko” adlı azarkeş qrupu rəsmi “tvitter” hesabı vasitəsilə Qrizmannın ayrılıq açıqlamasına belə cavab verib:

“Ümid edirik ki, bir dəqiqə daha “Atletiko” formasıyla oynamayacaqsan”.

2014-cü ildən “Atletiko”da forma geyinən Qrizmann, Madrid təmsilçisiylə 256 oyuna çıxıb. 28 yaşlı futbolçu bu oyunlarda 133 qol vurub, 50 məhsuldar ötürmə müəllifi olub.