“Benfika”dan “Atletiko”ya – Rəsmi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Benfika”nın hücumçusu İvan Şaponiçi heyətinə qatıb. 21 yaşlı futbolçuyla 3 illik müqavilə imzalanıb.

2016-cı ildən “Benfika”nın B komandasında çıxış edən serbiyalı futbolçu keçirdiyi 64 oyunda 17 qolla yadda qalıb.