Madridə gəldi – Bu gün müqavilə bağlaya bilər

“Benfika”nın 19 yaşlı futbolçusu Joao Feliks “Atletiko”ya transfer olmağa yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu artıq Madriddədir və bu gün klubla müqavilə bağlaya bilər.

“Atletiko”nun bu transfer üçün “Benfika”ya 120 milyon avro ödəyəcəyi bildirilir. Joao yeni klubunda ildə 6 milyon avro qazanacaq.

“Benfika” ilə 2023-cü ilədək müqaviləsi olan Feliks, son mövsümdə iştirak etdiyi 43 oyunda 20 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button