“Atletik”in 6 futbolçusunda koronavirus aşkarlandı

İspaniya “Atletik”i klubun kollektivindən götürülmüş koronavirus testlərinin nəticələrini açıqlayıb.

Komanda.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Bilbao klubunun 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər. Yoluxanların adları açıqlanmayıb.

“Atletik”in kollektivi avqustun 14-də yenidən testdən keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button