Atletika üzrə Azərbaycan birinciliyinə start verildi

Respublika Olimpiya Mərkəzində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilir.

Komanda.az xəbər verir ki, yarışda atletlər 60, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa və hündürlüyə tullanma, eləcə də nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışda Bakı ilə yanaşı, Gəncə, İsmayıllı, Xızı, Astara, Naftalan, Qusar, Xaçmazvə Bərdədən olan atletlər də iştirak edəcəklər. Turnirə sabah yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button