21-ci əsrdə 100 qol həddinə çatan ilk yarımmüdafiəçi

“Atletik”in İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Xetafe”yə 5:1 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Raul Qarsiya üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu oyunda iki qolla yadda qalan 34 yaşlı futbolçu, yeni rekorda imza atıb. Bu oyunda fərqləndikdən sonra o, La Liqada vurduğu qolların sayını 100-ə çatdırıb. Bununla da, Qarsiya 21-ci əsrdə 100 qol həddinə çatan ilk yarımmüdafiəçi olub.

Qarsiya cari mövsümdə bütün turnirlərdə keçirdiyi 21 oyunda 6 qolla yadda qalıb.