“Real Sosyedad” ilk oyundan qalib ayrıldı

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Atletik” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

Digər yarımfinal görüşü “Real Sosyedad”la “Mirandes” arasında baş tutub. Bu oyunda da meydan sahibləri çətin qələbəyə seviniblər.

Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək.

İspaniya kuboku, Yarımfinalın ilk oyunları

12 fevral

Atletik – Qranada 1:0
Qol
: Muniain, 42.

13 fevral

Real Sosyedad – Mirandes 2:1
Qol
: Oyarzabal, 9. Edeqor, 42 – Ayas, 39.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button