“Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi”

“Qəbələ”nin sabiq məşqçisi Andrey Syomin ölkəmizdə çalışdığı günləri xatırlayıb.

Komanda.az xəbər verir ki, həmin dönəmdə atası Yuri Syominin köməkçisi olan 52 yaşlı mütəxəssis Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:

“Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Orada futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilini və şəraiti çox bəyəndim. Premyer Liqada üçüncü yeri tutduq və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq”.

Andrey Syomin “Qəbələ”dən ayrılmasının səbəbini də açıqlayıb: “Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq “Mordoviya”da işləmək qərarına gəldi. Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, məmnuniyyətlə işimizi davam etdirərdik. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.

Qeyd edək ki, Yuri Syomin 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.