“Atalanta”nın futbolçusundan “pizza” vədi

“Atalanta” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün PSJ ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Atalanta”nın oyunla bağlı fikirlərini bildirən futbolçusu Marten de Ron azarkeşlərə maraqlı vəd verib:

“Bu mövsüm Çempionlar Liqasının qalibi olsaq, 1000-dən çox insanı “pizza”ya qonaq edəcəm. Məğlub olsaq, növbəti il bu hədəfə çatmaq üçün yenidən mübarizə aparacağıq.

PSJ ilə oyun bizim üçün çox vacibdir. Turnirin bu mərhələsində oynamaq hər bir futbolçunun xəyalıdır”.

“Atalanta” – PSJ oyunu bu gün, saat 23:00-da start götürəcək.