“Atalanta”nın futbolçusu rəsmən “Roma”da

İtaliyanın “Roma” klubu müdafiəçi Canluka Mançininin keçidini tam rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, “Atalanta”nın futbolçusu 1 illik icarəyə götürülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Canavarlar” 1 illik icarəyə görə “Atalanta”ya 2 milyon avro ödəyəcək. Mövsümün sonunda isə “Roma” əlavə 13 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da almalıdı. “Atalanta”nın əlavə bonuslarla daha 8 milyon avro qazanmaq şansı da var.

“Fiorentina”nın yetirməsi olan 23 yaşlı futbolçu peşəkar karyerasına “Peruca”da başlayıb. İtaliyalı müdafiəçi 2017-ci ildən “Atalanta”nın uğurları üçün çalışırdı. Mançini bu ildən dəvət aldığı İtaliya yığmasında 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button