“Atalanta”nın futbolçusu dünyasını dəyişdi

Futbol üzrə Fil Dişi Sahili yığmasının və İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Villi Ta Bi dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşında dünyasını dəyişən yarımmüdafiəçi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bir müddət əvvəl qaraciyər xərçəngi aşkarlanan futbolçu ömrünün son aylarını vətənində keçirib.

Qeyd edək ki, Villi Ta Bi 2019-cu ildən “Atalanta”da çıxış edirdi. O, bir müddət İtaliyada “Peskara” klubunda da icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button