“Atalanta” milli üzvünü transfer etdi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Berqamo təmsilçisi “Parma”dan Valentin Mihaylanı heyətinə qatıb.

Bu barədə “Atalanta”nın rəsmi saytı məlumat yayıb. Rumıniyadan olan 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

“Parma” Mihaylanı 2020-ci ildə Rumıniyanın “Universitatya Krayova” klubundan transfer edib. Hazırda B Seriyasında mübarizə aparan İtaliya klubu həmin vaxt bu oyunçu üçün 9.1 milyon avro ödəmişdi.

Rumıniyalı vinger “Parma”da bu mövsüm 13 oyuna çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Bütövlükə isə o, bu komandada 17 oyunda 4 qola imza atıb. Vinger ölkəsinin əsas millisində də 5 oyun keçirib, 1 qol vurub.