“Hədəfimiz bəllidir: Madriddə qələbə qazanmaq”

“Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Qasperini, 0:1 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Planlaşdırdığımız kimi oynaya bilmədik. Azlıqda qalandan sonra tamam fərqli oyun alındı. Müdafiə olunmaq məcburiyyətində qaldıq.

Hədəfimiz bəllidir: Madriddə qələbə qazanmaq. Hər şey çox sadədir, qol vurub, rəqibə şans verməməliyik. Səfər matçında qələbə qazanmalıyıq”.

İspaniyada keçiriləcək “Real” – “Atalanta” matçı martın 16-da olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button