“Belə nəticə olacağını xəyal etmirdik” – “Aston Villa”nın baş məşqçisi

“Aston Villa”nın baş məşqçisi Din Smit Premyer Liqada “Liverpul”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Smit, 7:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Daha əvvəl “Liverpul” burda bizi 5:0 hesabıyla məğlub edib. Belə nəticə olacağını xəyal etmirdik. Oyunun əvvəlindən sona qədər yaxşı mübarizə apardıq. İnanılmaz müdafiəsi olan komandaya qarşı çoxlu qol imkanları yaratdıq.

Olli Uotkinsi transfer edəndə çoxu onun qiymətinin çox olduğunu düşünür, oyununa şübhə ilə yanaşırdı. Amma bu gün het-trik etdi və qiymətini üç dəfə də artırdı”.