“Qarabağ”dan ayrılan futbolçu ən yaxşılar arasında

Cari mövsümün ilk hissəsini icarə əsasında “Qarabağ”da keçirən, müqavilə ilə “Bornmut” klubuna məxsus olan Asmir Beqoviç İngiltərə Premyer Liqasının son 10 ilinin ən yaxşı qapıçıları arasında yer alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı son 10 ildə Premyer Liqada ən çox qurtarış edən futbolçulardan biridir. Beqoviç bu göstəricidə 5-ci olub. 32 yaşlı qapıçı 10 ildə 714 qurtarışla yadda qalıb.

Siyahıda ilk pillədə 996 qurtarışla “Uotford”un qapıçısı Ben Foster qərarlaşıb. “Mançester Yunayted”in qolkiperi David de Xea 825 qurtarışla 2-ci, “Çelsi” və “Arsenal”ın sabiq üzvü Petr Çex 763 qurtarışla 3-cü, “Vest Hem”in “çərçivə” qoruyucusu Lukas Fabianski isə 734 qurtarışla 4-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button