Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək LASK (Avstriya) – HJK (Finlandiya) oyununun hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma dekabrın 9-da Avstriyada baş tutacaq.