Asim Xudiyevə növbəti beynəlxalq təyinat

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, UEFA Millətlər Liqasında C Liqasının 4-cü qrupunda keçiriləcək Belarus – Qazaxıstan oyununun hakim-inspektoru olacaq.

Xudiyev Aleksandar Stavrevin rəhbərlik etdiyi şimali makedoniyalı hakimlər briqadasının işini dəyərləndirəcək.

Belarus – Qazaxıstan oyunu oktyabrın 14-də, saat 22:45-də start götürəcək.