Asif 4-cü pillədə, Qismət “20-lik”də

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb. Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

İndiki heyətdə rekordçu Asif Məmmədovdu. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

Siyahıya 220 oyun keçirən Ürfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadı.

“20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.

Ən çox oyun keçirən 20 futbolçu

  1. Ürfan Abbasov – 220
  2. Dmitri Bezotosnı – 166
  3. Dodo – 161
  4. Asif Məmmədov – 143
  5. Voyislav Stankoviç – 142
  6. Elvin Camalov – 141
  7. Viktor Mendi – 127
  8. Samir Zərgərov – 122
  9. Cavid Hüseynov – 117
  10. Rafael Santos – 104
  11. Pavel Doroşev – 99
  12. Abdulkader Kamara – 97
  13. Azər Həşimov – 95
  14. Rəşad Sadiqov – 91
  15. Lyubo Baranin – 90
  16. Əli İsmayılov – 82
    17-18. Qismət Alıyev – 80
    Sergey Zenyov – 80
  17. Vitali Vernidub – 78
  18. Filip Ozobiç – 74