“Arzularımızın ardınca gəlmişik” – “Sileks”in baş məşqçisi

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in (Şimali Makedoniya) baş məşqçisi Qoran Simovun oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • Bu oyun bizim üçün çox böyük təcrübədir. Son dəfə ÇL-də “Brügge”yə qarşı oynamışıq. Hisslərimiz çoşub daşır. Son mövsümdə komanda çox yaxşı çıxış etdi. Son sıralarda yer alsaq da, indi Çempionlar Liqasındayıq. Heç kim bizdən bunu gözləmirdi. Autsayder idik, yaxşı oynadıq və indi Çempionlar Liqasındayıq. “Sileks” gənc komandadır. Bu oyun bizim üçün böyük təcrübə olacaq.
  • Çempionlar Liqasında baş məşqçi kimi debüt edirsiz. Hissləriniz necədir?
  • Karyeramı 42 yaşımda başa vurmuşam. Uzun müddət “Sileks”də forma geyinmişəm. Komandamla fəxr edirəm. Biz arzularımızı reallaşdırmışıq.
  • Kağız üzərində favorit “Qarabağ”dır. Siz necə düşünürsüz? Üstünlüyünüz nələrdir?
    – “Qarabağ” böyük komandadır. Onların futbolçularının əksəriyyəti milli komanda oyunçusudur. Ötən il heç kim bizə inanmırdı, amma biz xəyalımızı gerçəkləşdirdik. Buraya arzularımızın ardınca gəlmişik. “Qarabağ” turu keçsə, onları təbrik edəcəyik. Bura gəlmək bizim üçün xəyal idi, bundan sonra da xəyallarımızın ardınca gedəcəyik.
  • Azarkeşlərin olmaması komandanızın şanslarına necə təsir edəcək?
  • Evdə oynamalı olsaydıq da, öz meydanımızda deyil, mərkəzi stadionda oynayacaqdıq. Bizim üçün harada oynamağımızın elə də fərqi yoxdur. Düzdür, azarkeşlər yoxdur. Stadionu görmüşük, amma burdakı ən pis stadionlar Makedoniyanın ən yaxşı stadionlarından yaxşıdır.
  • Azərbaycan klublarının 3-ü Şimali Makedoniya təmsilçiləri ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiz?
  • “Şkendiya” Makedoniyanın ən güclü klublarındandır. Onların mərhələ adlayacağına inanıram.
  • Mərhələni gələcək əlavə vəsaitə görə keçmək istəyirsiz, yoxsa ada görə?
  • Ötən il aşağı divizionda oynayan komandanın indi burada – Çempionlar Liqasında oynaması nə adla, nə pulla bağlıdır. Biz bunları fikirləşmirik, buraya gəlmək bizim üçün arzudur. “Qarabağ” 1:0, 2:0, 5:0 hesabıyla qələbə qazana bilər, bu, bizim üçün önəmli deyil. Burada olmaq bizim üçün böyük təcrübədir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button