Artur “Barselona”dan ayrılır? – açıqlama

“Barselona”nın futbolçusu Artur karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi, Kataloniya klubunda qalmaq istədiyini bildirib:

“Karyeramla bağlı hər zaman söz-söhbətlər olur, amma məni maraqlandıran yeganə seçim “Barselona”da qalmaqdır. Burda özümü yaxşı hiss edirəm. Böyük klubların mənimlə maraqlanması qürurvericidir, amma uzun illər “Barselona”da oynamağı düşünürəm. Bura mənim hər zaman olmaq istədiyim yerdir”.

Bir müddət əvvəl “Barselona”nın “Yuventus”dan Miralem Pyaniçin transferi üçün Arturu danışıqlara daxil edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button