“…mən bunu dəyişmək istəyirəm” – Konte

İtaliya A Seriyasında mübarizə aparan “İnter”in yeni baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”ə gəlişi haqqında danışan 49 yaşlı mütəxəssis, bunları deyib:

“Mənim işləməyə ehtiyacım vardı. Beppe Marottanın burda olması, mənim “İnter”i seçməyimin əsas səbəblərindəndir. “İnter” 8 ildir ki, birincilik üçün mübarizə apara bilmir, mən bunu dəyişmək istəyirəm.

Əldə etdiyim nəticələrə görə insanların məndən çox şey gözlədiklərini bilirəm. Dərhal nələrsə qazanmaq şanslarımızın az olduğunu qəbul edirəm, amma ən azı şansımız var. Biz bunu edə bilərik, bizim üçün heç bir məhdudiyyət yoxdur.

O ki qaldı mənim keçmişdə “Yuventus”da işləməyimə, sən məşqçisənsə, müxtəlif klublarda çalışmağın normaldır. Artıq mənim istəyim “İnter”i aid olduğu yerə qaytarmaqdır. Azarkeşlər haqlı olaraq məndən çox şey gözləyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button