“Artıq İkardinin qərarını gözləməliyik” – menecer

İcarə əsasında Fransanın PSJ klubunda çıxış edən “İnter”in futbolçusu Mauro İkardinin komandadakı gələcəyi ilə bağlı açıqlama verilib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun meneceri və həyat yoldaşı Vanda Nara, hücumçunun PSJ-də qalacağı ilə bağlı iddialara belə cavab verib:

“İkardinin gələcək karyerası ilə bağlı hələ heç nə müəyyənləşməyib. Bu, onun qərarı olacaq. O, Fransada çox gözəl işlər gördü. Artıq İkardinin qərarını gözləməliyik”.

PSJ ilə icarə müqaviləsi mövsümün sonunda bitəcək futbolçunun komandada qalmaq istədiyi, klubun da onu “İnter”dən birdəfəlik transfer etmək niyyətində olduğu bildirilir. Bundan başqa, İkardi “Yuventus”un da əsas hədəfidir. Onun PSJ ilə müqaviləsində “70 milyon avro müqabilində transfer etmək” maddəsi var.