“Komandaya yeni qoşulanda heç nə asan deyildi, hətta bir neçə oyun heyətdən kənar qaldım”

İngiltərənin “Liverpul” klubunun futbolçusu Fabinyo açıqlama verib.

Komanda.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, “qırmızılar”ın heyətində keçirdiyi ilk mövsümü belə dəyərləndirib:

“Liverpul”dakı ilk mövsümüm yaxşı keçdi deyə, düşünürəm. İlk mövsümümdə bura öyrəşməli və yeni şeylər öyrənməli olduğumu bilirdim, amma bu, uzun çəkmədi. Komandaya yeni qoşulanda heç nə asan deyildi, hətta bir neçə oyun heyətdən kənar qaldım. Özümə səbrli olmağımı deyirdim. Çox oynayanda, futboldan daha çox həzz ala bilirsiz. Artıq bu komandanın bir parçası olduğumu düşünürəm”.

“Sambaçı”, komanda yoldaşı Sadio Mane ilə bağlı da danışıb:

“Mane həqiqətən inanılmaz bir futbolçudur, o, heç vaxt yorulmur və hər oyunu yüksək səviyyədə keçirir. O, oyunun qurulmasında böyük rol oynayır, komandada fərq yaradır. O, bu mövsüm bizim üçün çox əhəmiyyətli bir futbolçu oldu”.