“İnter”lə “Milan” istəyir – qalmaqallı futbolçunu

“Arsenal”la yollarını ayırmağa hazırlaşan Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçi ilə “Milan” və “İnter” yaxından maraqlanır. “Arsenal”da azarkeşlərlə qalmaqal yaşayan və daha sonra kapitanlığı əlindən alınan Caka, qış fasiləsində Londondan ayrılacaq.

Həm “Milan”, həm də “İnter” yarımmüdafiə xəttini gücləndirmək üçün 27 yaşlı futbolçunu transfer etmək istəyir.

2016-cı ildən “Arsenal”da forma geyinən Caka, bu mövsüm 10 oyuna çıxıb. İsveçrə millisində də çıxış edən yarımmüdafiəçinin transfer dəyəri 40 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button