“Arsenal”ın yay planı: Özil ayrılacaq?

İngiltərənin “Arsenal” klubu yeni mövsüm üçün planlarını müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, “topçular” növbəti mövsümdən klubun xərclərini azaltmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, ilk növbədə Məsut Özilin satılacağı bildirilib.

“Arsenal” Özili sataraq, həm onun illik məvacibindən qurtulmaq istəyir, həm də gələcək pulla yeni oyunçular almaq niyyətindədir.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında 25 turdan sonra 47 xalla 6-cı sırada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button