“Bakıdakı final matçı azarkeşlər üçün kiçik bir kabus olacaq” – Arsen Venger

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Bakıda keçiriləcək Avropa Liqasının final matçıyla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan fransız mütəxəssis, “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək həlledici görüşdə klubların problemlə qarşılaşmayacaqlarını deyib:

“Klublar problemlə qarşılaşmayacaq. Onlar xüsusi təyyarə ilə gedəcək. Hər şey onlar üçün ideal şəraitdə olacaq. Finalın Bakıda olması ancaq azarkeşlərə təsir edəcək. Bu, onlar üçün kiçik bir kabus olacaq”.

“Çelsi” ilə “Arsenal” arasındakı final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button