“Arsenal”ın qapıçısı 100-ə çatdı

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Portuqaliyanın “Benfika” klubu ilə cavab oyunu “Arsenal”ın qapıçısı Bernd Leno üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı alman qolkiper İngiltərə klubunun heyətində 100-cü matçına çıxıb.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lenonun komandası onun yubiley matçında 3:2 hesablı qələbə qazanmaqla (ilk oyun 1:1) Avroliqanın 1/8 finalına yüksəlib.

Qeyd edək ki, alman qapıçı “Arsenal”da daha öncə meydana çıxdığı 99 oyunda 115 qol buraxıbsa, 26 matçda qapısını toxunulmaz saxlayıb. Daha öncə “Ştutqart” və “Bayer”də də forma geyinmiş Almaniya yığmasının üzvü, 2018-ci ildən “topçular”ın uğurları üçün çalışır.