“Mançester Siti” bütün futbolçularımı aldı!” – Venger

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger “Mançester Siti”nin UEFA tərəfindən iki mövsümlük avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, “Daily Mail”-ə danışan fransız mütəxəssis bunları deyib:

“Qaliblərin qaydalara hörmətlə yanaşdığını bildiyimiz təqdirdə, hər idman növündə ən yaxşıları mükafatlandırırıq. Hörmət yoxdursa, bu, əsl idman deyildir. Turnir cəvdəlinin görünümü klubların futbolçulara xərclədikləri pullarla əlaqəlidir. “Mançester Siti” bütün futbolçularımı aldı! Hər zaman maliyyə məsələlərinə nəzarət olunmasını istəmişəm.

“Mançester Siti”nin etdiyi təsdiqlənsə, cəzasız qalmamalıdır. Bu cəzanın nə olacağını bilmirəm. Son zamanlarda böyük klublarla digərləri arasında fərq çox böyüdü. Artıq hansı liqada kimi çempion olacağını təxmin edə bilirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button