“Arsenal” imtina etdi, “Bavariya” istəyir

“Mançester Siti” klubunun futbolçusu Leroy Sanenin transferini həll edə bilməyən “Bavariya”nın növbəti hədəfi də İngiltərədədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Kristal Pelas”ın futbolçusu Vilfrid Zaha Münhen klubunun transfer hədəfindədir. “Bavariya”nın 26 yaşlı futbolçu üçün ilkin təklif hazırladığı və tezliklə İngiltərə klubuna müraciət edəcəyi bildirilir.

Daha əvvəl “Arsenal” Zaha üçün “Kristal Pelas”a 45 milyon avro təklif etmiş, amma qarşı tərəfin 90 milyon avro tələbindən sonra bu transferdən imtina etmişdi.

Zaha “Kristal Pelas”ın heyətində son mövsümdə keçirdiyi 36 oyunda 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button