“Arsenal”ın hədəfi – Sterlinq

“Arsenal” “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinqi transfer edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı ingilis futbolçunun “şəhərlilər”lə müqaviləsi gələn mövsümün sonuna kimidir və onunla yeni anlaşma ilə bağlı danışıqlar başlamayıb. 

“Mançester Siti” Sterlinqi bir ildən sonra pulsuz buraxmamaq üçün yayda satmağa hazırdır. 

Sterlinq “Mançester Siti”yə 2015-ci ildə qoşulub. O, bu mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button