“Onlardan qorxduq” – “Arsenal”ın futbolçusu

“Arsenal”ın futbolçusu Qranit Caka Premyer Liqanın 5-ci turunda “Uotford”la qollu bərabərə qaldıqları oyundan (2:2) sonra fikirlərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Böyük məyusluq yaşayırıq. İlk hissə hər şey qaydasında idi. Sonra qorxunc oynadıq və cəzasını çəkdik.

İkinci hissədə “Uotford”un təzyiqlər edəcəyini bilirdik. Meydanda xarakter göstərməliydik. Onlardan qorxduq. Heç kim topu götürmək istəmirdi. Bir də belə oynaya bilmərik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button