“Arsenal”ın futbolçusu qəzaya uğradı – VİDEO

İngiltərənin “Arsenal” klubunun futbolçusu Co Uillok qəzaya uğrayıb.

Komanda.az xəbər verir ki, hadisə 21 yaşlı yarımmüdafiəçi məşqə gedərkən baş verib.

Futbolçu yüksək sürətlə sürdüyü Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib.

Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingilis oyunçu xəsarət almayıb.

Qeyd edək ki, Co Uillok bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyunda meydana çıxıb.