“Onlar dünyanın ən güclülərindəndir” – Obameyanq

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq Premyer Liqanın 3-cü turunda “Liverpul”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qabonlu hücumçu, oyunla bağlı bunları deyib:

“Liverpul”un hücum xətti çox güclüdür. Onlar dünyanın ən güclülərindəndir. Nikolas Pepe ilə mən, Məhəmməd Salah və Sadio Mane kimi sürətli ola bilərik. Aleksandr Lakazett də Roberto Firmino kimi topu saxlaya bilər. Ümumilikdə onların səviyyəsinə yaxınıq.

Pepe fransız dilində bilir və bununla bizə daha tez uyğunlaşacaq. O, bizim hücumumuza sürət gətirəcək və faydalı olacaq”.

“Liverpul” – “Arsenal” matçı bu gün, saat 20:30-da start götürəcək.