Obameyanq İtaliya klubuna keçə bilər

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Milan” klubu 32 yaşlı hücumçunu icarəyə götürmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Arsenal”da əsas heyətdən kənarlaşdırılan Obameyanq “Milan”a keçməyə müsbət yanaşır. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.

32 yaşlı futbolçu bu mövsüm “Arsenal”la 15 oyunda 7 qol vurub.