“Arsenal”ın futbolçusu çinlilərin “radar”ında

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq Çin klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Quançjou Everqrand” və “Şanxay SİPQ” qabonlu hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Çin təmsilçiləri Obameyanqa həftəlik 300 min funt-sterlinq qazanacağı uzunmüddətli sözləşmə təklif ediblər. Hazırda “Arsenal”da həftəlik 190 min funt-sterlinq qazanan Obameyanqın bu təkliflərə necə cavab verəcəyi bilinmir.

29 yaşlı hücumçu geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 36 oyuna 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button