Məsut Özil və həyat yoldaşı 219 uşağın…

“Arsenal”ın futbolçusu Məsut Özil və həyat yoldaşı Əminə Gülşə toylarından əvvəl bütün dünyada ehtiyac içində olan 1000 uşağın əməliyyat xərclərini öz üzərlərinə götürəcəklərini açıqlamışdılar.

Komanda.az xəbər verir ki, cütlük artıq 219 uşağın əməliyyat xərcini ödəyib. Bu barədə Məsut rəsmi “tvitter” hesabından paylaşım edib:

“Artıq 219 əməliyyat edilib, amma irəlidə daha çox şey var! Mən və həyat yoldaşım 2019-cu ilin iyununda – toyumuzdan əvvəl elan etdiyimiz kimi, bütün dünyada əməliyyata ehtiyacı olan 1000 uşağın xərclərini üzərimizə götürəcəyik. Bu, hələ başlanğıcdır! Gəlin, qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək”.