Özil ərəblərə “yox” dedi

“Arsenal”ın futbolçusu Məsut Özil Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”dən təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo “tvitter” hesabında məlumat yayıb. “Əl Nəsr” Özilə iki illik müqavilə, “Arsenal”a isə 5 milyon avro təklif edib. “Topçular” türk əsilli almaniyalı futbolçunu satmaq istəsə də, Məsut London klubundan ayrılmaq niyyətində deyil və o, ərəblərin təklifini rədd edib.

Məsutun “Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.