“Arteta “Arsenal” üçün ən uyğun adamdır” – Özil

“Arsenal”ın futbolçusu Məsut Özil klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu, komandanın baş məşqçisi Mikel Arteta haqda da danışıb:

“Arteta karyerası boyunca öyrəndiklərini bizə göstərə bilər. O, bizim nə etməli olduğumuzu yaxşı bilir. Arteta qələbəyə ac biridir və necə uğur qazanmaq lazım olduğunu anlayır. Onun əla keyfiyyətləri var. Arteta “Arsenal” üçün ən uyğun adamdır”.

Arteta “Arsenal”la 2023-cü ilə qədər müqavilə imzalayıb.