“Arsenal”da ayrılıq – azarkeşlərlə vidalaşdı

“Arsenal”ın futbolçusu Emiliano Martines London klubundan ayrılacaq.

Komanda.az xəbər verir ki, 28 yaşlı qapıçı karyerasını “Aston Villa”da davam etdirəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Keçidin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Martines, rəsmi “instagram” hesabı vasitəsilə “Arsenal” azarkeşlərinə təşəkkür edib və onlarla vidalaşıb.

Argentinalı futbolçu 2012-ci ildən “Arsenal”da çıxış edir. Onun “topçular”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.