“Arzum ora qayıtmaqdır” – David Luis

“Arsenal”ın futbolçusu David Luis karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, klubun saytına danışan braziliyalı müdafiəçi, futbolçu karyerasını “Benfika”da yekunlaşdırmağı planlaşdırdığını deyib:

“Futbol sürətlə dəyişir. Bu gün həqiqət olan, sabah yalan olacaq. Ancaq hisslər dəyişməzdir. “Benfika”nı sevirəm, arzum ora qayıtmaqdır. “Benfika”nın həyatımda nə demək olduğunu yaxşı bilirəm. Bir gün ora qayıdacam”.

David Luis 2007-2011-ci illər aralığında “Benfika”da çıxış edib. 2019-cu ildən “Arsenal”da forma geyinən 33 yaşlı müdafiəçinin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button