Lakazettin İngiltərədə gündəm olan hərəkəti FOTO

“Arsenal”ın futbolçusu Aleksandr Lakazettin sosial şəbəkədə bəyəndiyi paylaşım narazılığa səbəb olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız hücumçu, “instagram”da “Arsenal”ın baş məşqçisi Unay Emeri və kapitan Qranit Cakanın əleyhinə edilən paylaşımı bəyənib.

“Troopzafc” istifadəçi adı olan bir “Arsenal” azarkeşi “Kristal Pelas”la oyundan (2:2) sonra “instagram”da Emerinin komandadan göndərilməsini və Cakanı bir daha “topçular”ın formasında görmək istəmədiyini yazıb. Lakazettin bu paylaşımı bəyənməsi İngiltərədə söz-söhbətə səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button