“Arsenal”ın futbolçusu əməliyyat olundu

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Şkodran Mustafi əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb.

İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində keçirilən “Mançester Siti” ilə oyunda (2:0) sıradan çıxan futbolçunun əməliyyatı uğurlu alınıb. Amma 28 yaşlı alman müdafiəçi ən yaxşı halda oktyabrda məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Mustafi geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button