“Arsenal”ın futbolçusu əməliyyat olundu

İngiltərənin “Arsenal” klubunun hücumçusu Qabriel Martinelli əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bir neçə gün öncə məşqdə sol dizindən zədələnən braziliyalı hücumçunun əməliyyatı uğurlu alınıb.

Buna baxmayaraq, 19 yaşlı futbolçu üçün bu mövsümü artıq başa çatmış saymaq olar. Çünki onun ən azı bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Martinelli bu mövsüm “Arsenal”la müxtəlif turnirlər çərçivəsində 26 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Arsenal”da qapıçı Bernd Leno da zədədən əziyyət çəkir. Onun da azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.