“Məsutla bunu əvvəldən danışıb, planlaşdırmışdıq” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri İngiltərə Liqa kubokunda “Liverpul”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, oyunu belə şərh edib:

“Müdafiə baxımından iki komanda da oyundan razı qalmaz. Ancaq inanılmaz mübarizə oldu. Nəticə tez-tez dəyişirdi. Sadəcə, möhtəşəm idi.

Məsut Özil bu oyunda bizə çox kömək oldu. Onu 65-ci dəqiqədə əvəzlədim. Məsutla bunu əvvəldən danışıb, planlaşdırmışdıq”.

İngiltərə Liqa kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Liverpul” – “Arsenal” matçında tərəflər hərəyə 5 qol vurduğundan, qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan “Liverpul” 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button