Arteta açıqladı: Özil niyə oynamır?

“Arsenal”ın baş məşqçisi Mikel Arteta uzun müddətdir ki, meydana çıxmayan Məsut Özillə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Arteta, Özili oynatmamasının səbəbini açıqlayıb:

“Komanda inkişaf edir, futbolçuların səviyyəsi artır. Biz daha irəli getmək, digər komandalarla yaxşı rəqabət aparmaq istəyirik.

Heyətə düşmək çox çətindir və bu, yalnız Məsuta deyil, digər futbolçulara da aiddir. Sizi başa düşür və hörmət edirəm, amma mümkün qədər dürüst olmalıyam. Açığı, kim daha yaxşı vəziyyətdədirsə, onları da seçirəm”.

“Arsenal”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Özil, sonuncu dəfə martın 7-də meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button