“Hakimlər istədikləri kimi qərar verirlər” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 33-cü turunda “Everton”a məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan Arteta, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Meydanda ən yaxşı olan biz idik. Ancaq müəyyən anlarda düzgün qərarlar verə bilmədik. İkinci hissədə penaltimiz verilmədi. On dəfə izlədim və hakimin verdiyi qərarı başa düşmədim. Hakimlər istədikləri kimi qərar verirlər. Onlara nəzarət edən yoxdur. Biri çıxıb, bunu izah etməlidir.

Ən yaxşı biz idik. Düzdür, çoxlu şanslarımız olmasa da, üstünlük bizdə idi. Penaltimiz verilmədi və sonra da lazımsız bir qol buraxdıq”.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button