“Arsenal”ın hər oyununda bəzi problemlər yaşanır” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri Premyer Liqanın 9-cu turunda “Şeffild Yunayted”lə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Məğlubiyyətə layiq deyildik. Rəqibin bir təhlükəli hücumu oldu və o da qolla nəticələndi. Hər şeydən əvvəl belə qollar buraxmamaq üçün çalışmalıyıq. Qol vurmaq imkanlarımız çox oldu, ancaq yararlana bilmədik.

Qoldan sonra oyunu daha yaxşı idarə etməyə başladıq. Buna baxmayaraq, rəqib yaxşı müdafiə olunurdu. “Arsenal”ın hər oyununda bəzi problemlər yaşanır. Bu oyunda 3 xal qazanmalıydıq. Nəticədən bəzi şeylər öyrənməliyik”.