Arteta “Barselona”nı çalışdıra bilər

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni mövsümdə İspaniya “Barselona”sını çalışdıra bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisində prezidentliyə namizədlərdən olan Xuan Laporta seçkilərdə qalib gəlsə, yeni mövsümdə komandanın baş məşqçisini dəyişəcək. Laporta “Barselona”da “sükan”ı Artetaya tapşırmaq istəyir.

İspan mütəxəssis 2019-cu ildən “Arsenal”ı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 10-cu sıradadır.

“Barselona”da hazırda Ronald Kuman baş məşqçilik edir. Onun rəhbərlik etdiyi kollektiv La Liqada 2-ci sıradadır.

“Barselona”da ötən ilin oktyabrında klubun prezidenti Xosep Bartomeu istefa vermişdi. Hazırda bu vəzifəni müvəqqəti olaraq Karles Tuskets icra edir. Klubda prezidentliyə namizədlər Xuan Laporta, Viktor Font və Antoni Freyşadır.

“Barselona”da prezident seçkiləri martın 7-də keçiriləcək.